Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün əlavə buraxılış imtahanı keçirilir

Bu gün əlavə buraxılış imtahanı keçirilir

Tarix: 9 Sentyabr 2021 07:20

Bu gün Dövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər, həmçinin bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirilir.

Sonxeber.net bildirir ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanacaq.

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir.


Etiketlər:  gün əlavə buraxılış imtahanı keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ