Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kadırovun ailəsinin ən yaxşı təsvirini çəkənə mükafat təyin olunub - VİDEO

Kadırovun ailəsinin ən yaxşı təsvirini çəkənə mükafat təyin olunub - VİDEO

Tarix: 9 Sentyabr 2021 12:08

Çeçenistan başçısı Ramzan Kadırov atası Əhməd Hacının və anası Aymaninin ən yaxşı obrazı üçün müsabiqə elan edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə region parlamentinin sədri Maqomed Daudov özünün "Instagram" səhifəsində xəbər verib.

Siyasətçinin sözlərinə görə, yarışma respublikadan kənarda yaşayan çeçenlərin çoxsaylı müraciətləri ilə əlaqədar başlanıb. Ən yaxşı rəsm üçün müəllifə yarım milyon rubl (11,6 min manat) ödəniləcək.

Şəkillər oktyabrın 5-dək qəbul olunacaq. Kadırovun sözlərinə görə, bir çox istedadlı çeçenlər, xüsusən də gənclər başqa regionlarda və ölkələrdə yaşayırlar.

O, yarışmanın doğma yurd tarixi ilə bağlı biliklərin gücləndirilməsinə və Çeçenistanla mədəni əlaqələrin qorunmasına kömək edəcəyinə əminliyini ifadə edib.


Etiketlər:  Kadırovun ailəsinin yaxşı təsvirini çəkənə mükafat təyin olunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ