Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 13:00
Nərimanvo rayonu Faiq Yusifov küçəsində görmə məhdudiyyəti olan insanlar üçün tikilən bina qəzalı vəziyyətdədir. Əlbəttə ki, bina uçmur, ancaq fasadına vurulan aqlay daşlar uçmağa başlayıb. Sakinlər 3 ildir ki, belə təhlükə altındadırlar. Məsələylə bağlı müvafiq qurumlar da məlumatlıdır. Ancaq problem hələ də həllini tapmayıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, binadan qopan daşlar sakinlərə həyəcan yaşadır. İnsanların həyatı təhlükə altındadır.
Nərimanov rayonu Faiq Yusifov küçəsi 40 A ünvanında yerləşən yaşayış binası qəzalı vəziyyətə düşüb. Belə ki, 2015-ci ildə görmə məhdudiyyətli insanlar üçün tikilən binanın fasadına vurulan aqlay daşlar cəmi 2 ildən sonra qopmağa başlayıb. İndi buranın sakinləri hər gün bu qorxunc mənzərə və vahimə ilə qarşı-qarşıya qalıblar.
Sakinlər deyir ki, xüsusilə küləkli və yağışlı günlərdə həyətə düşmək mükünsüz olur. Məsələ ilə bağlı aidiyyəti qurumlara da dəfələrlə müraciət olunub. Ancaq problem hələ də həllini tapmayıb.
Nərimanov rayon İcra Hakimiyyətindən deyildi ki, bina Bakı şəhər 2 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin nəzdindədir. Həmin qurumla da əlaqə saxladıq. Birliyin sədri Cavanşir Allahverdizadə Xəzər xəbərə bildirdi ki, yaranmış vəziyyətdən xəbərdardır. O həmçininn qeyd etdi ki, binanın belə tez qəzalı hala düşməsi tikinti işləri zamanı yol verilən səhlənkarlıqla bağlıdır. Cavanşir Allahverdizadənin sözlərinə görə, problemin aradan qaldırılması üçün Bakı Şəhər İcra hakimiyyətinə müraciət ünvanlanıb. Sonuncudan isə suallarımıza cavab ala bilmədik.