Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 14:14
Erməni qadın ailəsi ilə Şuşada yaşamaq istədi. Xankəndi sakini İzaura Balasanyan üzləşdiyi problemlərdən qurtulmaq üçün 4 uşağı ilə birlikdə rusiyalı sulhməramlıların olduğu posta yaxınlaşıb. Bu erməni xalqının şərəfinə yaraşmır deyilərək geri qaytarılan qadın başqa yerdə ilanlarla dolu olan evlə təmin edilib. Millət vəkili Sahib Alıyev hesab edir ki, Qarabağda müvvəqəti fəaliyyət göstərən Rusiya sülhməramlıları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Xankəndi sakini 32 yaşlı İzaura Balasanyan 4 övladı ilə birlikdə Şuşada yaşamaq istədi. O, Rusiya sülhmərmalılarının Şuşa yaxınlığındakı postuna gələrək bununla bağlı müraciət edib.
İzaura Balasanyan deyib ki, Xankəndində onların yaşaması üçün vəziyyət acınacaqlı olduğundan o,bu addımı atmaq məcburiyyətində qalıb.
İzaura Balasyanın attığı bu addımın digər ermənilər tərəfindən də təkrarlanacağı gözlənilir.Çünki həmin ərazidə dözülməz həyat şəraiti, işsizlik və digər sosial problemlər hökm sürür.
Millət vəkili Sahib Alıyev deyir ki, Qarabağda olan Rusiya sülhməramlıları öz üzərlərinə düşən vəzifələri layiqincə icra etməlidir.
Millət vəkili onu da qeyd etdi ki, Qarabağdakı ermənilərdən, kimlərsə İzaura Balasanyan kimi doğru qərar qəbul eləsələr bu onlar üçün rüsvayçılıq deyil, şərəf olacaqdır.