Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fermerlərə 20 min SMS göndərilib - VİDEO

Fermerlərə 20 min SMS göndərilib - VİDEO

Tarix: 9 Sentyabr 2021 15:48

İqlim stansiyaları fermerlərin işini asanlaşdırır

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, fermerlər bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini planlaşdıraraq həyata keçirirlər. Bununla bağlı ölkədə yaradılan iqlim stansiyalarə fermerlərin işini daha da asanlaşdırıb.

Artıq Azərbaycanda iqlim stansiyalarından alınan məlumatların fermerlərə ötürülməsi ilə əlaqədar pilot layihə uğurla həyata keçirilir. ilk olaraq Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarında tətbiq olunub.

Bu rayonlarda 60-a yaxın kəndi əhatə edən 5 stansiya fəaliyyətə başlayıb. İlkin mərhələdə hədəf bitkilər olaraq alma, gilas, nektarin, şaftalı və üzüm bitkiləri müəyyən olunub. 5800-dən atıq fermerə baş verə biləcək risklər barədə SMS bildirişlər göndərilib.

İqlim stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən innovativ sistemdir. Sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur.

Bu sistem sayəsində son illərdə qlobal problemə çevrilmiş su çatışmazlığı riski də müəyyən qədər aradan qalxmış olur. Fermerlər bu metod sayəsində harada və nə qədər su istifadə etməli olduqlarını bilir və israfa yol vermirlər. Qeyd edək ki, risk məlumatlarının daha ətraflı və çevik ötürülməsi məqsədilə "Rəqəmsal Kənd Təsərrüfatı" adlı "Telegram" kanalı yaradılıb.


Etiketlər:  Fermerlərə göndərilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ