Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taliblərin əlindəki pulla nə etmək olar? - Ekspert

Taliblərin əlindəki pulla nə etmək olar? - Ekspert

Tarix: 9 Sentyabr 2021 21:20

Əfqanıstanda ciddi bir qıtlıq yaşanır. Başda gündəlik qida və yanacaq məhsulları olmaqla, əksər malların qiyməti 60-70 faiz bahalaşıb. Taliban ölkədə baş verən qıtlığın, eyni zamanda xarici valyuta çatışmazlığının qarşını almaq üçün xarici ölkələrlə əlaqə qurmağa çalışır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu politoloq Turab Rzayev deyib.

Politoloqun sözlərinə görə, hazırda Əfqanıstan Mərkəzi Bankının valyuta ehtiyatları 9 milyard dollardır:
"Bu vəsaitin 7 milyardı ABŞ banklarında, 2 milyardı isə Avropa banklarındadır. Yəni taliblərin əlində cəmi 20-30 milyon dollar nağd pul qalıb. Həmin pul da çox güman ki, ölkədən qaçan məmurların evlərindən və ya ölkədəki bank hesablarından müsadirə edilib.

Talibanın isə kifayət qədər çox vəsaitə ehtiyacı var. Çünki hakimiyyəti ələ keçirmək hələ bütün işlərin bitdiyi mənasına gəlmir. Əhalinin rifah səviyyəsini artırmaq lazımdır. Qeyd etmək lazımdır ki, Taliban özü də hakimiyyəti bu qədər tez ələ keçirəcəyini düşünmürdü. Bu həm də hərəkatın dövləti idarə etməyə hazırlaşmamasından xəbər verir".

Politoloq qeyd edib ki, hakimiyyətini möhkəmləndirmək üçün Talibana ciddi maliyyə lazımdır:

"Taliban hakimiyyəti ələ keçirəndən sonra ölkədən qaçan insanların əksəriyyəti Avropada işləyənlər və onların ailə üzvləri idi. Bu insanlar həm də xaricdə işləyərək ailələrinə pul göndərirdi. Yəni Talibanın qorxusundan Əfqanıstana valyuta göndərən insanlar və onların ailə üzvlərinin böyük bir qismi ölkəni tərk etdi. İndi bank sistemi də işləmir. Bu da ölkədə həm valyuta qıtlığının yaşanmasına, həm də insanların sosial rifahının aşağı düşməsinə gətirib çıxardı".

T.Rzayevin sözlərinə görə, Taliban ölkədəki mövcud problemlərin həll edilməsi üçün xarici ölkələrə, xüsusi ilə də iqtisadi baxımdan güclü islam ölkələrinə üz tutur.

Milli.Az


Etiketlər:  Taliblərin əlindəki pulla etmək olar Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ