Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2021 11:28
ABŞ Prezidenti Co Bayden 11 sentyabr 2001-ci il terror aktlarından sonra ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini daha bir il uzadıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qərargah rəisinin ABŞ Konqresinə göndərdiyi bildirişdə vurğulanır ki, terror təhlükəsi davam etdiyi üçün 14 sentyabr 2001-ci ildə elan edilmiş fövqəladə vəziyyət rejimi uzadılır.
Bundan əvvəl Bayden Ədliyyə Nazirliyinə 2001-ci ilin 11 sentyabr terror aktının araşdırılmasına aid olan sənədlərin məxfilikdən çıxarılmasını tapşırmışdı.
Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində 2 977 nəfər ölüb, 6 300-ə yaxın insan isə yaralanıb.