Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2021 14:50
Türkiyənin Ərzurum vilayətində inanılmaz hadisə baş verib.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, 3 rəfiqə 15 kişini aldadaraq, onlardan 1 milyon lirə pul mənimsəyib. Qadınlar kişiləri inandırıblar ki, onlar pullarını kripto valyutaya yatırsalar, daha çox gəlir əldə edəcəklər. Bəziləri hətta evini, avtomobilini sataraq pullarını qadınlara verib. Bəziləri isə bankdan kredit çəkə bilməsi üçün şərti olaraq həyat yoldaşından boşanıb. Məsələnin üstü isə uzun müddətdən sonra açılıb.
Qadınlar hesablarının blok edildiyini irəli sürərək, pulların əldən getdiyini deyiblər. Kişilər aldadıldığını başa düşərək, polisə müraciət ediblər. Araşdırmalar davam edir.