Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maskasını çıxaran müəllim sinfin yarısını yoluxdurdu

Maskasını çıxaran müəllim sinfin yarısını yoluxdurdu

Tarix: 10 Sentyabr 2021 21:48

Tədris ilinin başlaması ilə məktəblərdə və sinif otaqlarında koronavirusun ötürülməsi riski artır.

İmmunoloqlar bildirir ki, xəstəxanalar, nəqliyyat kimi təhsil müəssisələri də istənilən xəstəliyin alovlanma nöqtəsi ola bilər.

Sonxeber.net xəbər verir ki, bu həftə ABŞ mətbuatı bir sinfin necə yoluxmasını müzakirə edib. Kaliforniyada bir müəllim maskasını çıxararaq uşaqlara kitab oxuyub. 3 gün sonra onun PZR testi müsbət çıxıb. Sonra həmin sinifdəki şagirdlərdə də korona aşkarlanır. 24 nəfərdən 12-də yoluxma olub.

Təkcə uşaqlar yox, onların ailə üzvləri də ard-arda yoluxub və sanitar-epidemioloji araşdırma göstərib ki, infreksiyanın mənbəyi həmin müəllim olub. Onun peyvənd olunmadığı bildirilir.

Amerikada müəllimlərin maska taxması zəruri, uşaqlarda isə məcburi deyil.
İsraildə bütün uşaqlar sinifdə maskada oturmalıdır.

İmmunoloq alim, professor Aper Totolin bildirib ki, məktəblərdə təhlükə yuxarı siniflərdə ola bilər. Çünki yuxarı sinif şagirdləri virusu elə yaşlılar kimi keçirir.

Aşağı siniflər isə virusu həm gizli daşıyır, həm də simptomsuz keçirir. Bu da müəllimlər və işçilər üçün təhlükəlidir.

"Hazırda hər yerdə Delta ştammın yayıldığını nəzərə alsaq, bu virusun inkubasiya dövrü qısadır, ən çoxu 5 gün. Ona görə sinifdə bir xəstə varsa, cəmi 5 günə kimin yoluxub-yoluxmadığı məlum olur". /medicina.az


Etiketlər:  Maskasını çıxaran müəllim sinfin yarısını yoluxdurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ