Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMW şirkəti tamamilə emal edilə bilən elektromobili təqdim edib

BMW şirkəti tamamilə emal edilə bilən elektromobili təqdim edib

Tarix: 11 Sentyabr 2021 05:08

BMW şirkəti gələcəyin elektromobilini təqdim edib. Sözügedən elektromobilin əsas özəlliklərindən biri də odur ki, onu tamamilə emal etmək mümkündür. Bu sadəcə elektromobilin konsept versiyasıdır və rəsmi istehsaldan hələ söhbət getmir. Təqdim edilmiş elektromobil konseptinin adı isə BMW i Vision Circular-dır. Elektromobil konseptinin təqdimatı Münhendə baş tutub. Bu elektromobil elə materiallardan hazırlanıb ki, onu tamamilə emal etmək mümkündür. Bunun üçün istehsalçı elektromobildə dəridən, xromdan, vintlərdən, düymələrdən və s. kimi komponentlərdən istifadə etməyib.

Təbii ki, bu halda elektromobilin təhlükəsizlik tələblərinə nə dərəcədə cavab verdiyi məlum deyil. Lakin buna baxmayaraq BMW-nin fikrincə 20 ildən sonra nəqliyyat vasitələrinin böyük hissəsi məhz bu cür olacaq. Şirkət həmçinin bildirib ki, sözügedən elektromobilin batareyasının istehsalında istifadə edilmiş materiallar da təkrar emal prosesi nəticəsində əldə olunub. Elektromobilin gövdəsi anodlaşdırılmış alüminiumdan, arxa konstruksiyası poladdan, təkərləri isə təmiz kauçukdan ibarətdir.


Etiketlər:  şirkəti tamamilə emal edilə bilən elektromobili təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ