Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 08:12
Ukrayna Ali Radasının spikeri Dmitri Razumkovun COVID-19 testi pozitiv çıxıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə spiker feysbuk səhifəsində məlumat verib.
Qeyd edək ki, Razumkov birinci dəfə 2020-ci ilin noyabr ayında koronavirusa yoluxduğunu açıqlamışdı. Bu ilin avqustunda isə parlament sədri əks-göstərişləri olduğu üçün peyvənd olunmayıb.
"Özünüzə diqqət edin və COVID-19-un yox olmadığını unutmayın!", - Razumkov deyib.
Spiker bu səbəbdən Kiyevdə keçiriləcək Yalta Avropa Strategiyası sammitində iştirak edə bilməyəcək.