Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 16:33
Çox insan yayda qısa müddət ərzində arıqlamaq istəyir. Həm sağlamlığınızı qoruyacaq, həm də təsirli bir pəhriz axtarır və bunu yalnız həftə sonları edəcək vaxtınız varsa, o zaman oxumağa davam edin.
Sonxeber.net Axşam.az-a istinadən həftəsonu 2 kiloqram arıqlamağınıza yardımçı olacaq pəhrizi təqdim edir.
Şənbə günü
Səhər yeməyi: 200 qram pendir, buğda çörək sendviçi, şəkərsiz çay və ya qəhvə
Nahar: Yaşıl salat
Tərkibi: 3 yaşıl bibər
1 xiyar
yarım dəstə cəfəri
yarım dəstə nanə
yarım dəstə roka
yarım dəstə vəzəri
yarım sıxılmış limon suyu
1 çay qaşığı duz
Şam yeməyi: 100 qram bişmiş balıq (qızıl balıq üstünlük verilir), bir qab az yağlı qatıq
Bazar günü
Səhər yeməyi: şəkərsiz kraker, şəkərsiz yaşıl çay
Nahar: avokado salatı
Tərkibi: yarım avokado
1 kök (kiçik)
1 kiçik turp
1 kiçik qırmızı kələm
1 dilim ağ pendir
Pərpətöyün
Zeytun yağı
1 çay qaşığından az duz
Şam: 100 qr toyu döş əti, 1 qaynadılmış yumurta və 1 pomidor. Bir qab az yağlı qatıq