Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcü qadın İraqda biznesmenin evindən 4 kq qızıl və 2.6 milyon dollar oğurlayıb

Gürcü qadın İraqda biznesmenin evindən 4 kq qızıl və 2.6 milyon dollar oğurlayıb

Tarix: 11 Sentyabr 2021 17:38

Gürcü qadın iraqlı biznesmenin evindən 4 kq qızıl və 2.6 milyon dollar oğurlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  oğurluq hadisəsi İraqın şimalındakı Dəhük şəhərində baş verib.

Məlumata görə, gürcü qadın sentyabrın 3-də evində qulluqçu işlədiyi biznesmenin evində digər 3 nəfərlə əlbir olaraq soyğun törədib. Polis 3 günlük axtarışdan sonra oğurlanan pulların və qızılın böyük hissəsini qaytarmağa müvəffəq olsa da, hadisəni planlayan gürcü qadını hıbs edə bilməyib.

Onun özü ilə 20 min dollar götürərək Türkiyəyə qaçdığı bildirilir. Hadisə ilə əlaqədar üç nəfər tutulub, 20 nəfər barəsində isə istintaq başladılıb.

Yerli media hadisənin Dəbük şəhərində baş vermiş ən böyük oğurluq hadisəsi olduğunu bildirir.

Milli.Az


Etiketlər:  Gürcü qadın İraqda biznesmenin evindən 4 kq qızıl 26 milyon dollar oğurlayıb


RƏYLƏR