Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2025 13:42
III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışları davam edir.
Sonxeber.net xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan düyüşlərdə yığmamız yarımfinalda Tacikistan seçməsinə 7:3 hesabı ilə qalib gəlib.
Millimizin finaldakı rəqibi Özbəkistan komandası olacaq. Özbəklər yarımfinalda Rusiya cüdoçularını 7:5 hesabı ilə məğlub ediblər.
Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.