Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 18:38
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı "Pençe-Kaplan" bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı zərərsizləşdirilib.
Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin tviter səhifəsində bildirilib.
"Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdiriləndək davam edəcək", - açıqlamda qeyd olunub.
Xatırladaq ki, "Pence-Kaplan" anitterror əməliyyatı Türkiyə daxilində və terrorçuların daha çox düşərgə saldığı İraqın şimalında keçirilir. Əməliyyat 2019-cu il mayın 28-də başlayıb.