Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Professor: COVID-19-un endemik bir xəstəliyə çevriləcəyi gözlənilir

Professor: COVID-19-un endemik bir xəstəliyə çevriləcəyi gözlənilir

Tarix: 12 Sentyabr 2021 19:52

Peyvəndin təsir edə bilməyəcəyi koronavirusun hansısa bir variantı olmazsa, pandemiya dövrünün 6-9 ay ərzində bitəcəyi, COVID-19-un endemik bir xəstəliyə çevriləcəyi gözlənilir.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Dərnəyinin rəhbəri professor Alpay Əzab İstanbulda keçirilən "CLIMIC COVID-19" Simpoziumunda bildirib.

Hazırda COVID-19-a yoluxma və bu xəstəlikdən ölüm hallarının keçənilki vəziyyətlə eyni olmasına baxmayaraq insanlarda bir rahatlama hissinin yarandığına, eləcə də pandemiya ilə bağlı cəmiyyətin daha məlumatlı olduğuna diqqət çəkən professor peyvəndlərin tətbiqi ilə insanlarda güvən hissinin də artdığını deyib: "Dünyada aparılan vaksinasiyaya baxmayaraq yoluxma və ölüm halları keçən illə bənzərdir. Bu, o demək deyil ki, peyvəndlər təsirsizdir. Burada əsas səbəb, tədbirlərin yumşaldılması və insanların sanitar qaydalara lazimi qədər əməl etməməsidir. Hər bir vətəndaş bilməlidir ki, o, özünü qoruyaraq ən yaxınlarından başlayaraq bütün cəmiyyəti qoruyur. Peyvəndin təsir edə bilməyəcəyi bir variant olmazsa, pandemiya dövrünün 6-9 ay ərzində bitəcəyi, COVID-19-un endemik bir xəstəliyə çevriləcəyi gözlənilir. Yəni, bu, o deməkdir ki, az vaxt ərzində qaydalara lazimi şəkildə riayət etməklə normal həyata daha tez dönə bilərik".

Son zamanlar dünyada təşvişə səbəb olan və Türkiyədə də görünən COVID-19-un variantıları, o cümlədən "mu" ştamı haqqında danışan professor vaksinasiyanın bu variantlara da təsir etdiyini və məhz bu səbəbdən əlavə dozaların tətbiqinə başlandığını deyib.


Etiketlər:  Professor COVID endemik xəstəliyə çevriləcəyi gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ