Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan müdafiə naziri Rusiyaya getdi

Ermənistan müdafiə naziri Rusiyaya getdi

Tarix: 13 Sentyabr 2021 12:52

Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir.

Sonxeber.net erməni KİV-ə istinadən xəbər verir ki, Karapetyan bu gün Rusiya və Belarusun Silahlı Qüvvələri arasında keçirilən birgə "Qərb-2021" təlimlərinin keçirildiyi Nijqorod vilayətini ziyarət edəcək.

Bununla yanaşı, A. Karapetyan sentyabrın 15-dən 16-na kimi Tacikistanın paytaxtı Düşənbə şəhərində də səfərdə olacaq. Onun burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə iclasında iştirak edəcəyi gözlənilir.


Etiketlər:  Ermənistan müdafiə naziri Rusiyaya getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ