Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 15:38
Ruh əkizi adlandırdığı Kei Komuroya rast gəldikdən sonra Yaponiya imperator ailəsinin üzvü statusundan və ona düşən sərvət payından imtina edən şahzadə Mako öz muradına çatmaq üzrədir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, cütlüyün oktyabr ayında ailə həyatı quracağı bildirilir.
Məlumata görə, toy sadə mərasim şəklində təşkil ediləcək. Ailə qurduqdan sonra şahzadə saraydan ayrılaraq ABŞ-a köçəcək.
Qeyd edək ki, Yaponiya şahzadəsi Makonun sadə vətəndaşla münasibətləri ölkə ictimaiyyətində geniş əks-səda doğurub. Məhəbbət macərasının xoşbəxt sonluqla bitəcəyi gözlənilir.