Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 21:28
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında denge qızdırmasından vəfat edənlərin sayı 114 nəfərə çatıb.
Sonxeber.net xəbər verir ki, iki həftə əvvəl başlamış epidemiyadan ölənlərin 88 nəfəri uşaq olub.
Hazırda ştat ərazisindəki xəstəxanalarda 12 mindən çox xəstə denge qızdırmasından müalicə olunur.
Uttar-Pradeşdə məktəblərdə 1-8-ci siniflər üzrə dərslər dayandırılıb.
Qeyd edək ki, denge qızdırmasının əsas daşıyıcıları ağcaqanadlar hesab olunur. Hazırda Hindistanda yağıntılar mövsümü olduğu üçün bu cür ağcaqanadların sayı kəskin artıb. /medicina.az