Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş məşqçisi Şeydayev haqda - "Hücumçu qol vurmalıdır"

Baş məşqçisi Şeydayev haqda -

Tarix: 19 Avqust 2019 10:48

Rusiyanın "Dinamo" (Moskva) klubunun baş məşqçisi Dmitri Xoxlov millimizin hücumçusu Ramil Şeydayevin "Lokomotiv"lə oyundakı çıxışını dəyərləndirib.

Qol.az xəbər verir ki, o ötən gün Rusiya Premyer Liqasının 6-cı turunda keçirilən Moskva derbisində 90 dəqiqə meydanda olan Şeydayevin qənaətbəxş oynadığını bildirib:

"Ramil meydanda tələb olunan işi yerinə yetirir. Bəli, onda hələ hər şey alınmır, hücumçu qol vurmalıdır. Ancaq düşünürəm ki, bu da keçəcək".

Xatırladaq ki, görüş "Lokomotiv"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 


Etiketlər:  Baş məşqçisi Şeydayev haqda Hücumçu qol vurmalıdır


RƏYLƏR