Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 12:05
Əməkdar artist Firuzə İbadovanın qızı Hülya artıq Bakıya, anasının yanına qayıdıb.
Sonxeber.net Hülyanın uzun zamandan sonra yeni görüntülərini təqdim edir:
Xatırladaq ki, Əməkdar artist Firuzə İbadovanın qızı Hülya 2 il əvvəl övladı ilə Azərbaycanı tərk etmişdi. Bu barədə xanım sənətçi özü məlumat vermişdi: "Dözürəm! Mən bilirəm ki, o, getdiyi məkanda rahatdır. Qızımı Avropaya yola saldım. Nəvəm də, qızım da getdi, ikisi də. Orada yaşayacaqlar. Nəvəm təhsilini orada davam etdirir. Hülya da ikinci təhsilini orada alacaq".
Qeyd edək ki, 2008-ci ildə ailə həyatı quran Hülyanın evliliyi 2 il çəkmişdi. Bu evlilikdən əməkdar artistin 10 yaşında Hökümə adlı qız nəvəsi var.
Əməkdar artistin hicablı qızı başını açdı - FOTO
Onu da əlavə edək ki, Avropaya köçməmişdən öncə verilişlərdən birinə qonaq olan Hülya hicablı halı ilə diqqət çəkmişdi. O, açıqlamasında artıq bir müddətdir hicabdan istifadə etdiyini vurğulamışdı.
Məhəmməd Vaqif