Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 15:50
Steam 100 min, rəqəmsal bacarıqlar layihəsi 190 min şagirdi əhatə edəcək
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, bu tədris ilində STEAM layihəsi ölkə üzrə 301 ümumtəhsil məktəbi və 15 STEAM mərkəzi olmaqla ümumilikdə 100 minə yaxın şagirdi əhatə edəcək.
Həmin statistikanın mənəvi əhatə dairəsini təqdim edən Təhsil naziri Emin Əmrullayev REAL TV-yə eksklüziv müsahibısində deyib ki, STEAM innovasiyasının mahiyyəti fərqlidir
Nazir qeyd edib ki, STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutur. Bu səbəbdən gələcəyin təhsili bilik yox daha çox bacarıqla ölçülməlidir.
Rəqəmsal bacarıqlar layihəsindən də söz açan Emin Əmrullayev bildirib ki, həmin layihə 16 şəhər və rayon olmaqla 190 min şagirdi əhatə edəcək.
Nazirin sözlərinə görə, hər iki layihənin tədris olunması müsbət haldır.