Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2021 10:00
Qış mövsümündə vətəndaşların avtomobillə rahat şəkildə hərəkə etmələrini təmin etmək məqsədi ilə Tovuzda bir sıra mühüm işlər görülüb.104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyevin təşəbbüsü ilə sakinləri narahat edən problemlər həll edilib.
Belə ki, rayonun Haça Qaya yolunda 9 kilometr, Sarıtala yolunda 2 kilometr, Bala Şamlıq yolunda 6 kilometr, Ağacqala yolunda 7 kilometr yol avtoqreyderlə hamarlanıb. Bu barədə Reportyor.info-ya verilən məlumatda deyilir. Həmçinin, Çatax-Çeşməli yolunda çınqıl materialı daşınaraq mövcud çala və çökmələr təmir edilib avtoqreyderlə hamarlanıb, Saladınlı Kirən yolunda 500 metr yol ekskvatorla hamarlanıb, Çeşməli-Güvəndik Lazılar yolunda çınqıl materialı daşınaraq mövcud çala və çökmələr təmir edilib, 7 kilometr yol avtoqreyderlə hamarlanıb, bundan başqa 1 ədəd 8 metr uzunluğunda su ötürücü qurğu təmir edilib. Çeşməli Maşavəllər Hasanlı yolunda mövcud çala və çökmələr çınqıl materialı daşınaraq təmir edilib, 6 kilometr yol avtoqreyderlə hamarlanıb, Şıxheybət yolunda mövcud çala və çökmələr çınqıl materialı daşınaraq təmir edilib, 1.5 kilometr yol avtoqreyderlə hamarlanıb. Gədəbəy rayonunun Zamanlı kəndində isə su ötürücü qurğusunun təmir edilməsi nəzərdə tutulur.
Sakinlər başda "Azəravtoyol" ASC-nin rəhbərliyi olmaqla, 26 saylı Yol İstismarı MMC-nin rəhbərliyinə, kollektivinə, təşəbbüskar deputat A. Nağıyevə və əməyi keçən hər kəsə öz təşəkkür ediblər.