Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2021 12:36
Saatlı rayonunun Qaranuru kəndində 7 aydır ki, su problemi yaşanır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, su çatışmazlığından həyətyanı sahələrdəki meyvə ağacları quruyur.
8 mindən çox əhalisi olan kənddə su qıtlığı səbəbindən pambıq və yonca sahələrində də məhsuldarlıq düşüb.
Suvarma suyu ilə yanaşı içməli su təminatında da ciddi çətinliklər var. Sakinlər içməli suyu maşınlar vasitəsilə əlavə pul xərcləməklə alırlar.
Məsələ ilə bağlı Saatlı Suvarma Sistemləri İdarəsinin Qaranuru kənd Sudan İstifadə Birliyinin sədri İsa Nəsirov deyib ki, cari ildə kənddə 1000 hektar ərazidə pambıq əkildiyindən sakinlərin su ilə təminatında problemlər yaranıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: