Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2021 13:00
Xalq artisti Brilliant Dadaşovanın bu gün ad günüdür.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu münasibətlə obyektiv qarşısına keçərək fotosessiya etdirib. Dadaşovanın stili üzərində Elnur Həsənov çalışıb.
Müğənni dörd fərqli obraz yaradıb.
Qeyd edək ki, bəzi mənbələrdə B.Dadaşovanın 1965-ci, bəzilərində isə 1959-cu ildən olduğu yazılıb. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlayıb. 1985-ci ildə müğənni Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1998-ci ildə Əməkdar artist, 2008-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.