Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölkənin ilk uşaq kanalı yeni mövsümə start verdi

Ölkənin ilk uşaq kanalı yeni mövsümə start verdi

Tarix: 15 Sentyabr 2021 13:44

Azərbaycanın ilk uşaq televiziya kanalı olan "ARB Günəş" yeni mövsümə start verib.

Tamaşaçılar müxtəlif uşaq proqramları ilə yanaşı, televiziyanın dublaj studiyasının təqdimatında maraqlı cizgi, animasiya filmləri və seriallarını ana dilimizdə izləyə biləcəklər.

Koreya Beynəlxalq Yayım Fondu ilə bağlanan müqaviləyə əsasən, yayım hüququ "ARB Media Qrup"a məxsus iki cizgi filminin Azərbaycanda ilk dəfə yayımı da bu mövsüm məhz "ARB Günəş"də nəzərdə tutulub.

Hazırda televiziyanın efir proqramına cizgi filmləri ilə yanaşı, uşaq proqramları da daxildir.

Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və görüntülərə yer verilmir.

Qeyd edək ki, "ARB Günəş" 10 aprel 2015-ci il tarixindən peyk yayımına başlayıb. 

Milli.Az


Etiketlər:  Ölkənin ilk uşaq kanalı yeni mövsümə start verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ