Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı tələbələrin mənzil problemi - Qiymətlər iki dəfə qalxıb, məzara oxşar evlər - VİDEO - FOTO

Azərbaycanlı tələbələrin mənzil problemi - Qiymətlər iki dəfə qalxıb, məzara oxşar evlər - VİDEO - FOTO

Tarix: 16 Sentyabr 2021 11:06

Türkiyədə universitetlərin üz-üzə təhsilə keçməsi ilə tələbələrin ciddi problemləri başlayıb. Kirayələrin artması və tələbatı ödəmək üçün evlərin olmaması səbəbindən tələbələr yataqxanalara üz tutub.

Bu yaşayış yerlərində isə vəziyyəti acınacaqlıdır. Nəzərə alsaq ki, qardaş ölkədə minlərlə azərbaycanlı tələbələr təhsil alır, o zaman bu məsələ daha da aktuallaşır. Məsələn, pəncərəsi olmayan, bir çarpayının və dolabın çətinliklə yerləşdiyi bir otağın qiyməti 900 lirədir. Yaxşı şəraitdə qalmaq istəyən tələbələr ayda minimum 2 min 500 lirə verməlidir. Universitetlərin üz-üzə təhsilə keçməsi ilə şəhərlər arasında tələbə köçü başlayıb. Distant təhsil dövründə evlərini və yataqxanalarını boşaldan tələbələr geri qayıdanda sığınacaq tapa bilməyib. Xüsusilə universitetlərə yaxın olan məhəllələrdə kirayə ev və ya yataqxana tapmaq demək olar ki, mümkün deyil.

Büdcəni 1000 tl olaraq təyin edərək nəqliyyat rahatlığı olan və bir çox universitetə ​​yaxın bir ev tapmaq mümkün deyil. 1+0 və 1+1 kimi mənzilləri 1500 lirəyə tapmaq mümkündür. Ancaq onlar da havasız və günəş görməyən evlərdir. Reklamları vitrinlərdə belə asa bilmədiklərini deyən daşınmaz əmlak agentləri, yaxşı bir evdə yaşamaq üçün ən az 2 min 500 lirə verməyin gərək olduğunu söyləyirlər. Ortalama bir yataqxanada qalmaq üçün ən az illik 20-25 min TL vermək lazımdır. Bu da, ayda 2000-2500 TL deməkdir. Üstəlik, tələbələr bu pulu vermək istəsələr də, əksər yataqxanalarda yer yoxdur.

Təhlükəsizlik problemi

Yataqxanalarda başqa bir problem təhlükəsizliklə bağlıdır. Onların bir çoxu çox qorxulu yerlərdə yerləşir və sakinləri məlum deyil. Bəzilərinin nəzdində olan çay dükanları və kafelər kimin girib-çıxdığını idarə etməyi qeyri-mümkün edir. Türkiyə daxilində həm yataqxana qiymətləri, həm də kirayə haqqı artıb. Son bir ildə, tələbələrin sıx yaşadığı əyalətlərdə kirayə haqqı yüzdə 20 ilə 50 arasında, yataqxana qiymətləri isə ən az yüzdə 20 artıb. Ankara və İzmirdə xüsusi yataqxana ödənişləri 18,000 TL ilə 35,000 TL arasında dəyişir; Eskişehirdə 17,000 TL-dən 30,000 TL-ə, Çanaqqalada 16,000 TL -dən 25,000 TL -ə, Antalyada 18,000 TL ilə 35.000 TL arasında dəyişir. Kirayə evlərin qiymətləri İstanbulda 1500 TL ilə 5000 TL arasında, Ankarada 1500 TL ilə 2500 TL arasında, İzmirdə tələbələrin yaşadığı bölgələrdə 1200 TL ilə 2500 TL arasında, Eskişehirdə 850 TL -dən 1,200 TL-ə Çanakkalada 700 TL -dən 1,300 TL -ə, Antalyada 1,200 TL -dən 2.000 TL -ə qədərdir.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Azərbaycanlı tələbələrin mənzil problemi Qiymətlər iki dəfə qalxıb məzara oxşar evlər VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ