Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2021 14:02
İki analı pətəklərdən arı ailəsi başına 180 kiloqram bal süzülüb
İşğaldan azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarında mövsüm tam yekunlaşıb. Yaylaqlara köç etmiş qoyunçuluq təsərrüfatlarının ardınca arıçılıq təsərrüfatları da Aran bölgəsinə qayıtmağa başlayıblar.
Uzun illərdən sonra arı ailələrinin doğma yaylaqlara aparmaq imkanı qazanan kəlbəcərli fermerlər nəticələrdən çox razıdıar. Tanınmış arıçı Sabir Mustafayev deyir ki, yaylaqların zəngin bitki örtüyü məhsuldarlığa müsbət təsir göstərib:
Arıçı Vahid Məmmədov da bu il pilot layihə çərçivəsində arılarını Kəlbəcər yaylaqlarına ilk aparan arıçılardandır. Onun arıxanasında da bu il çox yüksək məhsuldarlıq əldə olunub:
Nazirlik rəsmisinin sözlərinə görə, həm qoyunçuluq, həm arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsi azad olunmuş ərazilərə qayıdışın ilkin mərhələlərindən biridir.