Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Reytinqi məhv olan Dünya Bankı

Reytinqi məhv olan Dünya Bankı

Tarix: 17 Sentyabr 2021 17:34

Beynəlxalq ictimaiyyət dünya maliyyə institutları tarixində ən qalmaqallı hadisə ilə üzləşə bilər. Bəlli olur ki, Dünya Bankı (DB) Doing Business reytinqində Azərbaycanın reytinqini azaltmaq üçün faktları saxtalaşdırıb. Maraqlıdır ki, yenə də ikili standartlardan çıxış edən Qərbin ən nüfuzlu maliyyə institutu bir çox ölkələrin də problemi olduğu halda, ancaq Azərbaycanı "cəzalandırıb". Rusiyanın "Kommersant" qəzeti bu məsələni araşdırıb və yazıb ki, Doing Business reytinqinin tərtibi və yayılması dayandırılıb. DB-nin təhqiqatı 2018-ci il Çində, 2020-ci ildə isə Səudiyyə Ərəbistanı və Azərbaycanda iqtisadi göstəricilərin dəyişdirildiyini üzə çıxarıb. Bu dəyişikliklər bankın keçmiş tərbəri Cim Yen Kimin, BVF-nun rəhbəri Kristina Georgiyeva və reytinqi tərtib edən Simeon Dyankovun təzyiqi altında edilib. Korrupsiya ittihamları iə maraqlıdır ki, heç kimin ünvanına səslənməyib. Dəyən zərbə isə bir çox ölkələrdə investisiya mühitinin yaxşlaşdırılmasına istiqamətlənən Doing Business imicinə dəyib. İndi də BVF-nin rəhbərinin karyerası sual altındadır. Maraqlıdır ki, Azərbaycan məsələsində Simeon Dyankov hansısa bir xəyalı "Özbəkistan protokolu"na istinad edib. Buna müvafiq olaraq Dünya Bankı komandası əvvəllər yalnız öz mülahizələrinə əsaslanaraq bu ölkədən alınan məlumatları "dondurmaq" (tanımamaq) qərarına gəlmişdi. Bu nə "protokoldur", saxtalaşdırıcılardan başqa heç kimə məlum deyil.

Tək bir faktı qeyd edək ki, Azərbaycan illər uzunudur ki, Qərbin ikili standartlarının qurbanına çevrilir. Tək sonuncu faktı yada salaq. 30 il erməni işğalını öz üzərində hiss edən, milyonlarla qaçqını olan, şəhərləri, kəndləri yer üzündən silinən, işğaldan azad olunan əraziləri mina altında olan Azərbaycana 150 mln. avro, Ermənistana isə 2,6 mlrd. avro ayrılır.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Reytinqi məhv olan Dünya Bankı


RƏYLƏR