Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Son vaxtlar Xalq artistinin “açıq-saçıq” geyinməsinin səbəbi nədir? - FOTO

Son vaxtlar Xalq artistinin “açıq-saçıq” geyinməsinin səbəbi nədir? - FOTO

Tarix: 17 Sentyabr 2021 19:55

Son vaxtlar Xalq artisti Tünzalə Ağayeva geyimi ilə hər kəsi təccübləndirir. Açıq-saçıq libaslarla poz verən müğənni həmin fotolarını sosial şəbəkələrdə də paylaşır. 

İzləyicilərin müzakirəsinə səbəb olan bu geyimlər bəzən tənqid də olunur. Bəziləri isə deyir ki, Tünzalə Ağayevanın bu geyimləri bahalı brendlərin reklamı xarakterini daşıyır.

Milli.Az xəbər verir ki, xalq artistinin prodüseri Yalçın Cabbarov qaynarinfo-ya açıqlamasında bildirib ki, Tünzalə Ağayevanın Azərbaycanda bir çox brendlərlə iş birliyi var:

"Amma əsasən modelyer Gülnarə Xəlilovanın kolleksiyalarından geyinir. Onun xaricində hansısa bir brendə müraciət edirsə, bu, sadəcə dostlarımızla əməkdaşlıq etdiyimiz markalardır. Həmin brendlərdən vaxtaşırı, asudə günlərində, hansısa tədbirdə geyə bilər. Brendlərin hər biri ilə isti münasibətimiz var, hamı da istəyir ki, Tünzalə xanım onlardan nəsə geyinsin".

Milli.Az


Etiketlər:  Son vaxtlar Xalq artistinin açıq saçıq geyinməsinin səbəbi nədir FOTO


RƏYLƏR