Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim virusla mübarizəni çətinləşdirən səbəbi açıqladı

Həkim virusla mübarizəni çətinləşdirən səbəbi açıqladı

Tarix: 18 Sentyabr 2021 15:33

Koronavirus getdikcə zəifləyir. İnsanlıq mütləq qalib gələcək! Müalicə həkimi olmamağıma baxmayaraq, son həftələrdə yoluxub mənə müraciət edənlər arasında şəkərli diabet və hipertoniya xəstələri daxil olmaqla, antibiotik və digər lazımsız dərman preparatlarının qəbul edilməsindən çəkindirdiyim bütün xəstələr yaxşılaşıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev deyib.

Həkim bildirib ki, ağırlaşan xəstələr peyvənd etdirməyənlər və vaxtından əvvəl lazımsız dərman preparatları qəbul edənlərdir:

"COVID-19 xəstəliyi zamanı KT-də və rentgendə görünən "buzlu şüşə" mənzərəsi, kölgəliklər Virxov triadası nəticəsində yaranan trombozun nəticəsidir. Koronavirus xəstəliyi zamanı ağciyərlərdə yaranan "buzlu şüşə" mənzərəsinin ən effektli müalicəsi antikoaqulyantların tətbiqidir. Antiviral və antibiotiklərin müsbət təsiri sübut edilməyib, onlar qaraciyərə toksiki təsir edərək virusla mübarizəni çətinləşdirirlər".


Etiketlər:  Həkim virusla mübarizəni çətinləşdirən səbəbi açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ