Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrina Şeykin nənəsi agent imiş

İrina Şeykin nənəsi agent imiş

Tarix: 18 Sentyabr 2021 17:12

Model İrina Şeyk şəxsi həyatı və ailəsi ilə bağlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, model ilk dəfə "Highsnobiety" nəşrinə reper Kanye Uestlə haqqında yayılan iddialara aydınlıq gətirib.

O, şəxsi həyatı ilə bağlı çox danışmaq istəmədiyini vurğulayıb. Model bunu köklərinə borclu olduğu üçün etmədiyini ifadə edib: 

"Sabah da qapıçımla birlikdə olduğumla bağlı şayiələr olacaq və? Ertəsi gün başqa biri ilə. Sevgi həyatımda hər zaman bir şey olur, amma bunu özümə saxlayıram".

Ailəsindən söz açan İrina nənəsinin agent olduğunu bildirib:

"Nənəm İkinci Dünya Müharibəsi zamanı gizli agent idi. Düşünürəm ki, özəl həyat gizli saxlanılmalıdır".

Keçmiş münasibətlərindən danışan model eks-sevgilisi Bradli Kuperin yaxşı ata olduğunu deyib:

"O, böyük, qayğıkeş atadır. Dayəyə ehtiyac yoxdur. O və Liya (red. cütlüyün birlikdəliyindən olan övladları) iki həftə tətilə getdilər və mən onlara heç vaxt zəng etmədim.

Mən və Kuper olduqca sərt prinsipləri olan valideynlərik və qızımıza düzgün davranış qaydalarını öyrədirik. Məsələn, yeməyi bitirdikdən sonra masadan qalxır, boşqabını götürüb "sağ ol" deyir. "Xahiş edirəm" və ya "təşəkkür edirəm" demədən heç bir şey almır".

Milli.Az


Etiketlər:  İrina Şeykin nənəsi agent imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ