Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb

Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb

Tarix: 18 Sentyabr 2021 17:24

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan limanlarından 5,959 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.

Milli.Az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə limanlarda 5,676 milyon ton beynəlxalq tranzit yük aşırılıb. Bu, ümumi yüklərin 95,3 faizini təşkil edir. Hesabat dövrünün sonunda Azərbaycan limanlarında 156,3 min ton yük qalıb.

Qeyd edək ki, Azərbaycan limanlarında, əsasən, Türkiyə-Mərkəzi Asiya-Türkiyə, Qara dəniz və Avropa ölkələri - Mərkəzi Asiya maşrutları ilə hərəkət edən yüklər boşaldılır, eləcə də Çin yüklərinin tranziti həyata keçirilir.

Milli.Az


Etiketlər:  Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb


RƏYLƏR