Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bavariya" Mandzukiçin transferindən imtina etdi

Tarix: 19 Avqust 2019 18:28

Bakı. Trend:

"Bavariya" "Yuventus"un futbolçusu Mario Mandzukiçi transfer etmək fikrindən daşınıb.

Trend-in məlumatına görə, Münhen klubu Filipp Koutinyoya görə "Barselona" ilə razılığa gəldikdən sonra bu qərarı verib.

Mandzukiçlə "Borussiya" (Dortmund) və "Atletiko"nun maraqlandığı iddia olunur.

Qeyd edək ki, xorvat hücumçu ötən mövsüm 33 matçda 10 qol vurub, 7 qolun ötürməsini verib.


Etiketlər:  Bavariya Mandzukiçin transferindən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ