Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2021 12:36
Fransalı Natan Polen Eyfel qülləsindən Şayo teatrı binasınadək məsafəni kəndir üzərində qət edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 70 metr yüksəklikdə olan 600 metrlik kəndir yolu Sena çayının bir sahilindən digərinədək uzanıb.
Kəndirbaz ayaqyalın olsa da, təhlükəsilik tədbirlərindən də imtina etməyib.
Qeyd edək ki, Natan artıq üçüncü dəfədir kəndir üzərində çayı keçir. O, ilk cəhdini 2017-ci ildə edib və şəhər mühitində ən uzun kəndir yolunu qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb.