Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2025 09:12
Kamerun və Nigeriya milliləri 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatına vəsiqə qazana bilməyiblər.
Sonxeber.net xəbər verir ki, seçmə mərhələdə qruplarını ikinci pillədə tamamlayan hər iki yığma pley-off mərhələsində şansını sınamalı olub.
Pley-off oyunlarında isə Konqo Demokratik Respublikasının milli komandası əvvəlcə yarımfinalda Kamerunu 1:0 hesabı ilə mübarizədən kənarlaşdırıb. Ardınca final matçında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Konqo DR növbəti mərhələyə yüksəlib.
Beləliklə, Konqo Demokratik Respublikasının yığması dünya çempionatına qatılmaq üçün qitələrarası pley-offda mübarizə aparacaq.
Hüseyn