Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İzzətin verilişinə dəvət alan Xalq artistinin başına ''iş gəldi''

İzzətin verilişinə dəvət alan Xalq artistinin başına ''iş gəldi''

Tarix: 18 Noyabr 2025 09:50

Xalq artisti Könül Xasıyevanın açıqlaması marağa səbəb olub.

Sonxeber.net xəbər verir ki, o həmkarı İzzət Bağırovun verilişinə dəvət almasından danışıb. 

Xanəndə həmin efirlə bağlıonun  əvəzinə səhvən cərraha səs yazısı göndərdiyini bildirib:

"Həyatım "mutfilimdir". İzzət zəng etdi ki, konsertdən öncə sizi verilişimə dəvət edim. Dedim ki, böyük məmnuniyyətlə gələrəm. Sonra məndə olan nömrəsinin vatsapına yarım saatlıq zəng göndərmişəm. Dedim, filan gün gəlim, filan şeylər etsək olar? Bir neçə vaxt keçdi, cavab gəlmədi. Bilirəm ki, İzzət diqqətlidir. Açıb baxanda isə gördüm ki, şəkil başqadır. Gördüm yaşıl paltarda cərrahdır və əməliyyat edir. Düşündüm ki, nə əlaqə, niyə özünü qoymayıb ki? Düşündüm ki, İzzət bunu, yoxsa bu İzzəti əməliyyat edir?".


Etiketlər:  İzzətin verilişinə dəvət alan Xalq artistinin başına gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ