Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2021 13:04
Xaçmaz rayonunun Xudat şəhərində, "4-cü Şöbə" deyilən ərazidə yaşayan vətəndaşlar uzun müddətdir ki, mavi yanacağa həsrət qalıblar.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, 150-dən çox evin olduğu yaşayış məntəqəsində qazın olmaması sakinlərin işini çətinləşdirir.
Bununla bağlı müraciətlər isə hələ ki, nəticəsiz qalıb.
Qaz olmadığına görə sakinlər yanacaq kimi odundan və fındıq qabıqlarından istifadə edirlər. Bu isə onlara baha başa gəlir.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, adı çəkilən yaşayayış massivinin qazlaşdırılması növbəti ilin proqramına daxil edilib. Gələn ilin birinci rübündə proses həyata keçiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: