Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Plastik cərrahiyə - sağlamlıq seçimi, yoxsa insanların xəyallarının gerçəkləşdirmə cəhdi?

Plastik cərrahiyə - sağlamlıq seçimi, yoxsa insanların xəyallarının gerçəkləşdirmə cəhdi?

Tarix: 20 Sentyabr 2021 13:18

Gözəllik mücərrəd anlayış olması ilə bərabər, insanlar arasında münasibət, vizual informasiyaya təsir edir, onun formalaşmasında əhəmiyyətli rol oynayır. Yəqin ki, hələ heç kimin bunun nə olduğunu sonadək öyrənməsi və ona tam tərif verməsi mümkün olmamışdır. Gözəlliyə can atmaq hər insana xas doğma hissdir. Təəssüf ki, cəmiyyətdə görüntüdə dəyişiklik edərək tanınmaq, standartdan kənar olmaq, seçilmək və s. istəyi çərçivəni aşır. Yaxud insan zahiri görünüşündə problem olduğunu düşünürsə və bunun həyatına mənfi müdaxilə etdiyinə inanırsa, məsələni həll etmək üçün birbaşa radikal yola- plastik əməliyyata üz tutur.

Vücudumuza dəyişiklik istəyi necə yaranmışdır?

Artıq çəkisi olan insanlar üçün bu yükdən qurtulmaq hissi təbii istəkdir. Qədim əcdadlarımız arasında artıq çəkili insanlar yox idi. Kifayət qədər qida olmadığı bir dünyada sağ qalmalı və daim nəhəng mamont və qılınc dişli pələnglərdən qaçmalı olurdular. İnsanın o vaxtlar arıq və idman bədən tipli olması adi hal idi və hamı belə bir quruluşda olduğu üçün insanların artıq çəkiyə genetik meyli mövcud deyildi. Belə bir meyl sivilizasiyanın formalaşması və insanlar arasında qeyri-bərabər siniflənməsi zamanı meydana çıxmağa başladı. Belə ki, bəziləri zəngin olub heç nə etmirdi, digərləri isə onlar üçün işləyirdilər. Artıq çəki geni beləcə nəsildən-nəslə ötürülməyə başladı.

Güzgü ona baxan insanda fərqli fikirlər yaradır

Bir qrup insanlar güzgüyə baxarkən özündə nifrət etdiyi artıq qarından qurtulmaq üçün idmanla, sağlam qidalanma ilə məşğul olmasına qərar verdiyi halda, digər insanlar güzgüdə görmədiyi çox ciddi bir ruhi xəsətəliyə düçar olmasından xəbərsiz qalırlar. Belə tip insanlar plastik cərrahın xidmətlərindən yararlanmağa və dəfələrlə oxşar prosedur və əməliyyatlara qayıtmağa qərar verir.

Təbii ki, yuxarıda deyilənlər, ciddi anormal defektli insanlara şamil edilmir.

Bədən quruluşlarından narazı olan dismorfobik insanlar depressiya fonunda cərraha müraciət edirlər. Adətən, belə insanlar ikinci müraciət zamanı aşkar edilir. Bir çox ölkədə, məsələn, Almaniya, İsraildə bir plastik cərrah bədənini eyni nahiyədə yenidən əməliyyat etdirməyə gələn xəstəni ilk növbədə psixiatra, yaxud psixoterapevtə yönləndirir. Bu vəziyyətdə xəstənin geri dönməs səbəbinin psixi pozğunluq olub-olmadığı araşdırılmalıdır.

Plastik və rekonstruktiv əməliyyatlara nə qədər ehtiyac duyulur?

2019-cu ildə dünya üzrə plastik cərrahlar 18 milyondan çox kosmetik prosedur və 5 milyondan artıq rekonstruktiv-plastik əməliyyatlar həyata keçirmişdir. Ən populyar əməliyyatlara döş böyütmə, burun əməliyyatları və liposaksiya (piylərin götürülməsi) aiddir.

Psixoloji araşdırmaların nəticələrinə görə, əməliyyat olunmağa qərar verən qadınların əksəriyyəti psixoloji durumlarında,həyat keyfiyyətində, özünə inamda və partnyorları ilə münasibətində ahəngdarlıq əldə edəcəklərinə ümid edirlər. Əməliyyata təşviq səbəblərindən birincisi zahiri görünüşdən narazılıq təşkil edir. Kişilər daha çox 35-40 yaşlarından sonra plastik əməliyyatlara üz tuturlar. Fit bədən, artıq yağlardan qurtulma, yaşından daha gəc görünmə, saç əkdirmə və s. Kimi müraciət səbəbləri vardır. Kişilər də qadınlar qədər plastik əməliyyatların onların partnyorla münasibətində faydalı olacağına əmin olurlar.

Plastik cərrahlar onlara müraciət edən insanları 3 qrupa ayırır:

1. Birinci qrupa nə istədiklərini dəqiq bilən xəstələr aiddir. Bu xəstələrin çoxu əmək qabiliyyətli insanlardır. Müraciət səbəbləri müxtəlifdir.

2. İkinci qrupa anadangəlmə defektli, anomaliyaları, bu və ya digər səbəbdən keşirilən travma, yanıqdan sonra yaranan kobud çapıqları aradan qaldırmaq,bəzi nevroloji problemləri korreksiyalamaq və s. üçün müraciət edən xəstələr aiddir.

3. Üçüncü qrupa ruhdan düşmüş ,daha dəqiq desək, plastik əməliyyatdan sonra ailə və ya sevgi cəbhəsində daha şanslı olacağına inanan insanlar daxildir. Bu qrupdan olan insanlar səbəbin görünüşdə deyil, içlərilərində olduğunu düşünməlidirlər. Plastik cərrah ilk etapda onlara psixoloji dəstək almağını məsləhət görür.

Plastik əməliyyatlar maddi baxımdan da bahalı olur. Lakin belə əməliyyatlar təkcə zənginlərin imtiyazında deyil. Orta təbəqə insanlarının çoxu bu xidmətə üz tutur. Əgər insan hər hansı plastik əməliyyatı etdirmək istəyirsə, mütləq pulunu toplayıb illər sonra olsa da, etdirəcək.

Plastik əməliyyatların riskləri hansılardır?

-anesteziyaya gözlənilməz reaksiya;
-infeksiya;
-kobud çapıq izi;
-qanaxma;
-hematoma;
-sinir zədələnməsi;
-maye toplanması(seroma);
-nekroz.

Klimlər risk altındadır?

-siqaret çəkənlər;
-immun defisitli insanlar;
-HİV infeksiyalılar;
-şəkərli diabet və piylənmə dərəcəsi yüksək olan insanlar.

Plastik cərrahi əməliyyatlar insanlara məmnunluq hissi bəxş edirmi?

Plastik əməliyyatdan sonra insanların əhval-ruhiyyəsi demək olar ki, yaxşılaşır. Yalnız kiçik bir faiz heç bir fayda hiss etmədiyini və əməliyyat öncəsi daha rahat olduğunu qeyd edirlər. Plastik cərrahiyə yalnız minimal qüsuru düzəltməyə çalışanlara az sevinc gətirir. Axı ən çətin şey gözəl olacaq gözəlliyi yaratmaqdır, ancaq bunun üçün yarım millimetr kifayət deyil.

Plastik cərrahiyə qocalıqla "gizlənqaç" oynasa da, unutmamalıyıq ki, insanın daxili aləmi günəş batımı kimi təbiiliyini qoruyur və plastik əməliyyatdan sonra gözəllik uşaqlara genetik ötürülmür.

Hira Abbey


Etiketlər:  Plastik cərrahiyə sağlamlıq seçimi yoxsa insanların xəyallarının gerçəkləşdirmə cəhdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ