Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin cərimələri silinə bilərmi? - VİDEO

Karantin cərimələri silinə bilərmi? - VİDEO

Tarix: 20 Sentyabr 2021 13:28

Sərtləşdirilmiş karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi ehtimalı yenidən gündəmdədir. 

Bəs pandemiya şərtlərinin pozulmasına görə yazılmış cərimələr silinə bilərmi?

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, mövzuya münasibət bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Xəyal Bəşirov bildirib ki, qanunvericilikdə bunu qadağan edən müddəa yoxdur. Yəni, cərimələrin ödənilməsində çətinlik çəkən şəxslərlə bağlı belə tədbirin nəzərdə tutulması mümkündür.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev də eyni fikirdədir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı pandemiya ilə mübarizə tədbirlərinə qarşı ən çox anlayış göstərən xalqlardan biri oldu və vətəndaşların böyük əksəriyyəti karantin qaydalarına əməl etməyə çalışdı. Müvafiq orqanların da eyni jesti vətəndaşlara etməsi alqışalayiq olardı.

Millət vəkili deyib ki, bu məsələni parlamentin payız sessiyasında gündəmə gətirəcək.

Razi Nurullayevin sözlərində görə, cərimələrin tətbiqi insanlarda məsuliyyət hissini artırmaq məqsədi daşıyırdı ki, buna da nail olunub. Eyni zamanda vaksinasiya prosesi də sürətlə davam edir. Odur ki belə cərimələrin ləğvi vacibdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Karantin cərimələri silinə bilərmi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ