Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2021 19:38
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun fırıldaqçının qurbanı olduğu üzə çıxıb.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz 3 il ərzində 288 min avro ziyana düşüb.
Tur agenti kimi çalışan 53 yaşlı qadın Ronaldodan etmədiyi 200 səyahətin pulunu alıb. Futbolçu ona bank kartları və digər sənədlərin göstəricilərini verib.
Fırıldaqçı da bundan yararlanıb. Həmin qadının digər futbolçuları, o cümlədən Nani, Manuel Fernandeş və agent Jorje Mendeşi də aldatdığı ehtimal olunur.
Cinayətlərin üstü 2017-ci ildə açılsa da, mətbuata sızmayıb. Həmin vaxtdan həbsdə olan fırıldaqçı oğurladığı vəsaiti hissə-hissə qaytarır.