Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Salvador prezidenti özünü diktator adlandırdı - FOTO

Salvador prezidenti özünü diktator adlandırdı - FOTO

Tarix: 21 Sentyabr 2021 11:08

Salvador prezidenti Nayib Bukele "Twitter" səhifəsinin təsvirini dəyişib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısı özünü "Salvador diktatoru" adlandırıb.

Qeyd edək ki, bir neçə gün öncə ölkədə kütləvi etiraz aksiyaları keçirilib. Əhali Bukelenin ardıcıl ikinci dəfə prezident seçkilərində iştirak etmə qərarına, eləcə də ölkədə kriptovalyutaların leqallaşdırılması və mümkün konstitusiya islahatlarına qarşı çıxış edib.

Nümayişçilər Salvador prezidentini diktator adlandırıblar.

Dövlət başçısının bu addımı isə əleyhdarlarına sarkastik cavab kimi qiymətləndirilir.


Etiketlər:  Salvador prezidenti özünü diktator adlandırdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ