Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə “uşaq çatışmazlığı” yaşanır

Bu ölkədə “uşaq çatışmazlığı” yaşanır

Tarix: 21 Sentyabr 2021 11:20

Britaniyanın Sosial Marketinq Fondu maraqlı araşdırma aparıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, cari ildə krallıqda doğum əmsalının kəskin aşağı düşməsi nəticəsində "uşaq çatışmazlığı"nın yaşandığı bildirilib.

Fondun təhlilinə əsasən, yeni doğulan körpələrin azlığı perspektivdə iqtisadiyyat üçün də ciddi təhdidə çevrilib.

Yayılan rəqəmlərə əsasən, 1964-cü ildə hər qadına düşən yeni doğulan körpə sayı 2.93 olduğu halda, ötən il bu göstərici 1.58-ə düşüb. Şotlandıyada isə hətta 1.29-adək geriləyib.

Ekspertlərin sözlərinə görə, əhali sayını sabit saxlamaq üçün doğum əmsalı 2.1 olmalıdır.


Etiketlər:  ölkədə uşaq çatışmazlığı yaşanır


RƏYLƏR