Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 08:54
Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən "Həftə" bazarında fəaliyyət göstərən ət satışı yerlərində reydlər keçirilib.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, reydlər zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.
Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.