Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 11:26
Türkiyə mətbuatı Azərbaycan əsilli Əli Qurbanovun ailəsinin çətin vəziyyətdə qaldığından yazıb.
Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, Kerfyaz şəhərində yaşayan Əli Qurbanov Çindən qaçan Məhəbbət adlı uyğur qızla evlənib. Cütlüyün Hamza adlı bir yaşlı oğlu var.
Uşaq fiziki qüsurlu doğulub və xəstəxanadan çıxanda ailədən 22 min lirə istənilib.
Əli Qurbanov hesabını ödəyə bilməyib və tezliklə ailəni başqa bir bəla bürüyüb - kişi koronavirusdan xəstələnib.
Əli Qurbanov ağır vəziyyətdə müalicəsi üçün 15 min lirənin ödənilməsini tələb edən xəstəxanaya yerləşdirilib.
O, məbləği ödəyə bilməyib, bu səbəbdən müalicəni tamamlamadan evə çıxıb.
Azərbaycanlı 6 aydır yataqdan qalxa bilmir və hər gün vəziyyəti pisləşir. Sığortanın olmaması və böyük borcun olması səbəbindən onu xəstəxanalara yerləşdirməkdən imtina edirlər.
Qurbanovun ailəsi yalnız qonşuların köməyi sayəsində sağ qalır.
"Günlərlə ac qalırıq. Qonşuların köməyi olmasaydı, çoxdan aclıqdan ölərdik", - Məhəbbət yerli jurnalistlərə belə deyib.