Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşid Mahmudovun qardaşı oğlu intihar edib? - AÇIQLAMA - FOTO

Rəşid Mahmudovun qardaşı oğlu intihar edib? - AÇIQLAMA - FOTO

Tarix: 23 Sentyabr 2021 15:26

Sosial şəbəkədə Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudovun ailə yaxını olan gəncin intihar etdiyinə dair məlumatlar yayılıb.

Sonxeber.net Baku.ws-ə istinadən xəbər verir ki, yayılan məlumatlarda R.Mahmudovun qardaşı oğlu olduğu iddia edilən Oruc adlı şəxsin ali məktəbə qəbul imtahanlarından kəsildiyi üçün intihar etdiyi qeyd edilib.

Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həkim oxu.az-a açıqlamasında bildirib ki, belə bir hadisə olmayıb:

"Mənim Oruc adlı qardaşım oğlu yoxdur. Onların hamısı yalan məlumatdır. Belə şayiələrə inanmayın. Boş-boş uydurmalar yazırlar".


Etiketlər:  Rəşid Mahmudovun qardaşı oğlu intihar edib AÇIQLAMA FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ