Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiyanın bitəcəyi dəqiq tarix açıqlandı

Pandemiyanın bitəcəyi dəqiq tarix açıqlandı

Tarix: 23 Sentyabr 2021 19:54

Koronavirus pandemiyasının aparıcı peyvənd istehsalçılarından olan "Moderna" şirkətinin baş direktoru Stefan Bansel gələn ilin ortalarına qədər dünyada hər kəsi peyvəndləmək üçün kifayət qədər dozanın mövcud olacağını və koronavirusun normal qrip kimi bir xəstəliyə çevriləcəyini bildirib.

Sonxeber.net lent.az-a istinadən məlumat verir ki, Stefan Bansel peyvənd istehsalının artması qlobal tədarükü qarşıladığı üçün pandemiyanın bir il ərzində bitəcəyini proqnozlaşdırıb. Bansel onu da deyib ki, pandemiyanın başlanğıcında ilk doza yaşlı və riskli xəstələrə vurulurdusa, indi hətta körpələr belə qısa müddətdə peyvəndlənəcək.

"Delta variantı çox yoluxucu olduğu üçün peyvənd olunmayanların təbii olaraq immuniteti artacaq. Bu yolla infeksiya qripə bənzər bir vəziyyətə düşəcək. Ya peyvənd olub yaxşı bir qış keçirəcəksiniz, ya da xəstələnib xəstəxanalara düşəcəksiniz. Məncə, bu gündən etibarən, bir ildən sonra vəziyyət yaxşıya doğru gedəcək".


Etiketlər:  Pandemiyanın bitəcəyi dəqiq tarix açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ