Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 20:15
"ARB TV"də daha bir veriliş bağlanıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Nəbioğlunun təqdim etdiyi "Heç vaxt heç yerdə" verilişi bundan sonra sözügedən kanalda yayımlanmayacaq.
"ARB"dən ayrılan aparıcının yeni iş yeri də məlum olub. O, bundan sonra "ATV"də tamaşaçıların görüşünə gələcək.
Qeyd edək ki, "Heç vaxt heç yerdə" verilişi həftənin cümə günləri yayımlanırdı. Həmin veriliş cümə günləri "ARB TV"də reytinqdə 1-ci verilişi idi.