Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Brilliant, Tünzalə, Eldar və Murad Arif - "The Voice" - "Səs Azərbaycan"in münsiflər heyətində

Brilliant, Tünzalə, Eldar və Murad Arif -

Tarix: 23 Sentyabr 2021 20:45

Dünyaca məşhur "The Voice" - "Səs Azərbaycan" layihəsi yeni mövsümündən etibarən İTV kanalında yayımlanacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həftəlik proqramın ilk bölümü 8 oktyabr tarixində saat 21:30-da izləyicilərə təqdim olunacaq. Layihədə münsif kürsüsündə Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qasımov və bəstəkar, ifaçı Murad Arif əyləşəcək.

Xatırladaq ki, layihə daha əvvəl AzTV telekanalında yayımlanıb. Həmin vaxt müğənni Emilia Yaqubova ilk mövsümün qalibi olub. İlk buraxılışda münsif kürsüsündə Xalq artistləri Mübariz Tağıyev, Faiiq Ağayev, Tünzalə Ağayeva və Əməkdar artist Manana əyləşmişdi.

Milli.Az


Etiketlər:  Brilliant Tünzalə Eldar Murad Arif The Voice Səs Azərbaycanin münsiflər heyətində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ