Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2021 10:50
Polşa hökuməti ABŞ-dan alınan 250 "Abrams" tankını şərq sərhədinə yerləşdirmək niyyətindədir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak bildirib.
Onun sözlərinə görə, Polşa 2022-ci ilə qədər şərqdə yerləşdiriləcək 250 ən müasir tankı əldə etməyi planlaşdırır.
Polşa hakimiyyət orqanlarının ABŞ-dan 250 tank almaq niyyətində olması 2021-ci ilin iyulunda məlum olub.
2020-ci ilin avqustunda Polşa və ABŞ genişləndirilmiş müdafiə əməkdaşlığı ilə bağlı danışıqları tamamlayıb. Yeni tədbirlərdən biri də Polşa ərazisinə minlərlə əlavə ABŞ əsgərinin yerləşdirilməsidir və artıq 4 500 ABŞ əsgəri orada yerləşib.